Necə yaşasaq elə də qocalarıq

Yüksək təzyiq, şəkər xəstəliyi, saç və diş tökülməsi, yaddaşsızlıq... Bunlar yaşlandıqda hamımızın başına gələcək mi?

Mütəxəssislərin cavabı isə "xeyr".

Araşdırmalar göstərir ki, düzgün qidalanmamaq, hərəkətsiz yaşamaq diabet və yüksək təzyiq kimi xroniki xəstəliklərə səbəb olur. Gənc nəsil duz və şəkər istifadəsini azaltmalı, hazır qidalardan uzaq durmalı, meyvə və tərəvəz, balıq, taxıllı qidalar, müəyyən miqdarda qoz, fındıq, badam yeməli, siqaret və spirtli içkilərdən çəkinməlidirlər.

Diş tökülməsi səbəbləri arasında genetik faktorlar, uşaqlıqda keçirilmiş bəzi xəstəliklər, şəkər və karbohidrat yüklü qidalar yer tutur. Yaşlandıqda bu problemi yaşamamaq üçün gənc ikən dişlərimizə qulluq etməli, yaxşı baxmalıyıq.

Saç tökülməsində də genetik faktorlar, stress, vitamin əskikliyi, keçirilən müəyyən xəstəliklər, bəzi dərmanların qəbulu, kimyəvi maddələrlə saç üzərində aparılan proseslər və yaşlanma səbəb ola bilər.

Bəs nə etsək yaşlanmanı əngəlləyə bilərik?

Mütəxəssislər qeyd edir ki, hazır qidalardan uzaq durmaqla, yanlış qidalanmanı düzəltməklə, omega 3-ün yetərli miqdarda qəbulu, şəkər istifadəsini azaltmaq dəri yaşlanmasını gecikdirir. Həm qocalmanı gecikdirmək, həm də başa düşmə, anlama imkanlarını itirməmək üçün ən azı 7 saat yatmaq lazımdır. Eyni zamanda sağlam qocalmaq üçün stressdən uzaq durmaq lazımdır.

azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR