Baş konsulunun irqçiliyə qarşı məqaləsi ABŞ mətbuatında

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr olunan "Jewish Journal" qəzetində dərc edilib.
Olaylar.az bildirir ki, məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunaraq, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyllərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edir. N.Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirir.
Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristiyanlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar: www.jewishjournal.com/culture/lifestyle/first_person/241587/pittsburgh-tragedy-azerbaijan-extends-solidarity-hope/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR