Xaçmazda maarifləndirici tədbirlər keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Xaçmazda təşkil olunan "dəyirmi masa"da "Quba-Xaçmaz bölgəsinin abidələri, arxeologiyası və etnoqrafiyası" mövzuda müzakirələr aparılıb. Olaylar.az bildirir ki, rayon icra hakimiyyəti ilə birgə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, dosent Elmira Cəfərovanın mühazirə-təqdimatı dinlənib.

Foto və video təqdimatla aparılan mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb.

Hacı Abdulla ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsi, tədqiqi, təbliği ilə əlaqədar imzaladığı sərəncamlar, onların əhəmiyyəti, "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində Bilik Fondunun həyata keçirdiyi maarifçilik layihələri və tədbirləri barədə ətraflı məlumat verib.

Tədbirdə Bilik Fondunun Xaçmaz rayonu üzrə nümayəndəsi Akif İsmayılov 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi barədə dövlətimizin başçısının imzaladığı sərəncamın tarixi keçmişimizə hörmət və ehtiramın, həm də işıqlı gələcəyimizə aydın münasibətin təzahürü olduğunu bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR