Dövlət Bayrağı Günü qeyd olundu

Azərbaycan Dillər Universitetində 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.

Universitetin rektoru akademik Kamal Abdulla tədbirdəki çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul olunmuş üçrəngli bayraq hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldılıb.

Rektor K.Abdulla əlavə edib ki, Dövlət Bayrağı Gününün qeyd edilməsi Prezident İlham Əliyevin verdiyi sərəncamdan qaynaqlanır və ölkə prezidenti ləyaqətli şəkildə böyük sələfinin ideyalarını həyata keçirir. Bayrağı Azərbaycan eşqi ilə yaşayan insanların taleyi kimi xarakterizə edən rektor onun uğrunda həyatını verən, sürgünlərə məruz qalan babalarımızın olduğunu vurğulayıb. Rektor K.Abdulla bayraq eşqinin hər zaman qəlblərdə yaşadığını qeyd edərək, iştirakçıları Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin tələbələrini müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR