Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi bu qurumun prinsiplərinə ziddir

"İşğalçı, insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, qonşu dövlətlərin torpaqlarına ərazi iddiasında olan bir dövlətdə belə bir tədbirlərin keçirilməsi absurddur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükısizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə Ermənistanda 17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsinə münasibət bildirərkən səslənbdirib. O, qeyd edib ki, İrəvan öz-özlüyündə belə bir tədbiorə evsahibliyi etməklə beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməyi düşünsə də, lakin sammitin uğursuzluğu Ermənistanın cəhdlərini iflasa uğratmış oldu: "Digər tərəfdən təşkilatın iki üzvü olan Fransa və Kanada arasında bu quruma nəzarət etmək uğrunda gedən mübarizə 17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin uğursuzluğunun göstəricisi idi". Politoloq deyib ki, təşkilatın səlahiyyətli şəxsləri həmin tədbirə Ermənistanın evsahibliyi etməsinə razılıq verəndə böyük səhvə, xətaya imza atıblar: "Çünki Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğala məruz qoyub. Bu işğal nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Soydaşlarımızın hüquqları Ermənistan dövləti tərəfindən kobud şəkildə pozulub. Halbuki adıçəkilən təşkilat dünyada sülhün və əmin-amanlığın təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Fəaliyyətində bu prinsiplərə üstünlük verdiyi bəyanlayır. Bunun qarşılığında isə regionda sülhə və təhlükəsizliyə ciddi təhdid sayılan bir ölkədə sözügedən sammitin keçirilməsi həmin qurumun prinsiplərinə, fəaliyyət istiqamətlərinə tamamilə ziddir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR