Samsunda Beynəlxalq konfrans Azərbaycanlı jurnalist məruzə etdi

Avropanın məşhur universitetlərinin elm adamlarının iştirakı ilə keçirilən beynəlxalq konfrans  Türkiyənin Samsun Böyükşəhər bələdiyəsi və Atakum rayon bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirildi. Uç gün davam edən beynəlxalq konfransda İtaliyanın Marconi  Universitetinin professorları Pasquelo Peluso, Angelo Arciero, Marzia Rossi, Sloveniyanın Ljubljana Universitetitinin müəllimi Valentina  Fransa, Ankara Universitetinin professoru Şəbnəm Akipək Öcal, Samsun 19 Mayıs Universitetinin dosenti  Öznür Umit və bağqalarının  məruzələri dinlənilmişdir. Konfransda Bakı Dövlət Universitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov "Müasir dünya düzənində Azərbaycan-Türkiyə strateji və iqtisadi əlaqələri mətbuatda" mövzusunda məruzə etmişdir.  Məruzədə  müstəqillik dövründə  Türkiyə və Azərbaycan əlaqələrinin vüsəti, enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq və tərafdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), TANAP neft-qaz layihələrinin, regionun nəqliyyat xəritəsini dəyişdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətləri rəhbərlərinin  güclü siyasi iradəsi nəticəsində baş tutmuşdur. Ermənistan dövlətinin təcavüzkar siyasəti  və  Dağlıq Qarabağ probleminin həllinin  ləngidildilməsi bütün bölgənin inkişafı üçün  mane olduğu, Cənubi Qafqazda  sülhün pozulmasında  önəmli faktor olduğu diqqətə çatdırılmışdır.  Məruzəçi konfrans iştirakçılarının  çoxsaylı suallarını cavablandırmışdır.

Beynəlxalq konfransın təşkilat komitəsinin üzvü Sezayi Çağlar müxbirimizə bildirmişdir ki, ilk olaraq Samsunda düzənlənən konfransın  gələcəkdə Almaniya, Avstriya, İtaliya və Hollandiyada da gerçəkləşdirilməsi üçün danışıqlar aparılır. O, qeyd etmişdir ki, Azərbaycanda da belə bir konfransın keçirilməsi mümkündür. Azərbaycan-Türkiyə əlaqələrinin vüsəti, bu sahədə həyata vəsiqə alan tədbirlərin inkişaf tendensiyası və Avropaya enerji istehlak eedən Azərbaycana olan maraq da bunu vacib edir. Təşkilat komitəsinin gündəmində də Bakıda beynəlxalq konfrans keçirilməsi qərarı var. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR