Tələbələr Misir səfirliyində

Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Xəzər Universitetinin Tarix fakültəsinin tələbələri ilə görüş keçirilib.

Olaylar.az bildirir ki, iştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də, Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verərək bildirdi: "Misir və Azərbaycan arasında dostluq əlaqələri uzun illər mövcud olmuşdur. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas istiqamətlərindən biri də iki ölkə arasında olan əlaqələri daha da genişləndirməkdən, təhsil sahəsində əməkdaşlığı artırmaqdan, tələbə və müəllim mübadiləsini, beynəlxalq elmi konfransların, treninqlərin təşkilinin həyata keçirməkdən ibarətdir. Tələbələrin Qədim Misir sivilizasiyasına olan marağını nəzərə alaraq, universitet rəhbərliyinin təşəbbüsü ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu tədbirin keçirilməsini yüksək qiymətləndirəm".

Daha sonra mərkəzin rəhbəri tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxudu, Misirin tarixi və mədəniyyətinin əks olunduğu və film nümayiş olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR