Biçmə-Tikmə dərnəklərinin müsabiqəsinin ilk mərhələsi başa çatıb

Dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədilə "Biçmə-tikmə dərnəklərinin müsabiqəsi" keçirilir. Binə qəsəbə Mədəniyyət Mərkəzində 01 oktyabr 2018-ci il tarixində  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilmiş "Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə" layihəsinin ilk mərhələsinə start verilmişdir.

1-10 oktyabr 2018-ci il tarixinədək davam edən I mərhələ artıq başa çatmışdır. I mərhələdə dərnəyin təşkili üzrə fəaliyyətinə (kargüzarlıq işləri, təbliğat fəaliyyəti, dərnək rəhbərinin təhsili və iş təcrübəsi, cəlb olunmuş üzvlər haqqında məlumatlar)  müsabiqənin qiymətləndirmə komissiyası tərəfindən baxılmışdır.

On gün ərzində M.A.Əliyev adına Hövsan qəsəbə Mədəniyyət Evində, Əmircan qəsəbə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində, Kürdəxanı qəsəbə Mədəniyyət Evində, H.Abbasov adına Maştağa qəsəbə Mədəniyyət Evində, Binə qəsəbə Mədəniyyət Evində, Mərdəkan Mədəniyyət Sarayında,  Ş.Ələkbərova adına Mədəniyyət Evində, A.M. Şərifzadə adına Mədəniyyət Evində, Binəqədi Mərkəzi Mədəniyyət Evində keçirilmiş baxışda dərnək və  müəssisə rəhbəri iştirak etmişdir.

Komissiya tərəfindən müəssisələrdəki biçmə-tikmə dərnəyinin yaradılmasına dair əmrin, üzvlərin ərizələrinin, üzvlərə dair məlumatlarların, şəxsi vərəqələrinin, üzvlərin dərnəyə qəbul edilməsinə dair protokolun və əmrin, dərnək rəhbərinin ərizəsinin, dərnəyə rəhbər təyin edilməsinə dair əmrin, dərnəyin tədris proqramının, dərs cədvəlinin, davamiyyət jurnalının mövcudluğuna və qaydasında olduqlarına, dərnək rəhbərinin təhsilinə, iş təcrübəsinə, qrupların sayına, dərnəyin fəaliyyətinin təbliğinə (afişa, elan, buklet, internet informasiya resurslarından istifadə, şifahi təbliğat  və s.) baxılmış, habelə müsabiqənin şəffaflığını təmin etmək məqsədi ilə prosesin foto çəkilişi aparılmışdır.

Mərhələlər üzrə qaliblərin adı müsabiqənin yekun tədbirində Nizami Kino Mərkəzində elan olunacaqdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR