İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim ilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki,

tədbirdə Aİİ-nin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdül Kərimi və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.  Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan C.Məmmədov  institutun xarici təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim çıxış edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə də toxunub. Ölkənin qədim və indiki dövrü haqqında sənədli materiallar təqdim edən səfir Fələstin probleminin tarixi, bir sıra aspektləri və müasir durumu haqqında ətraflı məlumat verib və bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münasibəti haqqında danışıb.

Tədbirin sonunda müzakirə aparılıb, səfir Nasir Əbdül Kərim müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR