“Azərkosmos” ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Azərkosmos" Açıq Səhimdar Cəmiyyətinin məsul nümayəndələri ilə Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin görüşü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı var. Çıxışında prorektor "Azərkosmos" ASC-nin universitetlə əməkdaşlığından və bu görüşün əhəmiyyətindən danışaraq qeyd edib ki, davam edən əməkdaşlığımız gələcəkdə böyük uğurlara imza atacaq.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Azərkosmos" ASC-nin ali təhsil müəssisələri ilə olan əməkdaşlığından danışıb və tələbələrlə görüşə yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.

Sonda "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov orbitə buraxılan Azərbaycanın 2-ci peyki "Azerspace-2" haqqında tələbələrə geniş məlumat verib. Dunay Bədirxanov "Azerspace-2" peykinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıb. Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsindən danışan Dunay Bədirxanov Azərbaycanda peyk xidmətləri sahəsində elmi-tədqiqatların aparılması nəticəsində əldə olunan nailiyyətləri də qeyd edib.

Sonda tələbələri maraqlandıran bütün salları Dunay Bədirxanov ətraflı cavablandırıb.

Görüşdə "Azərkosmos"un nümayəndələri AzTU-ya simvolik olaraq peyk maketi təqdim ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR