Bakıda şirkət rəhbəri 1 milyonluq zirehli maşın aldı

Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özünə 1 milyon dollar dəyərində avtomobil alıb.

Minval.İnfo xəbər verir ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan "Mersedes G63 AMC İNCAS" maşını gətizdirib. Bu maşının bir özəlliyi də onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır.

Baku Steel Company MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib.

İş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR