Torpaqların üst münbit qatının daşınmasının qarşısı alınıb

Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Son nəticədə, bu qanuna zidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qaradağ rayonunda reyd keçirilib. Komitədən "OLaylar"a verilən məlumata görə, "Meyvəli bazar" adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvarc qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub. Torpaq daşınması ərazidə dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 GO 483, 90 ON 054, 10 JZ 463 və 90 JZ 144 nömrəli Şaqman markalı avtomobillər tərəfindən aparıldığı məlum olmuşdur. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb. Belə qanunsuzluqların qarşısının alınması üçün  İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR