İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, müzakirədə Azərbaycanın İslam həmrəyliyindəki rolu, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolu və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra,İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Vurğulanıb ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimizin qısa zamanda müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi qurumların fəal üzvünə çevrilib.

TədqiqatçılarAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanındünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl işlər apardığını, AzərbaycanınFransanın məşhur  Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etdiyini, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olduğunu xüsusi vurğulayıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR