İlahiyyat İnstitutunda yeni təyinatlar verilib

2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dekan və kafedra müdirləri ilə bağlı təyinatlar verilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev dekan müavini, dosent Elnarə Əzizova Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Niyazov Əhməd Seyful oğlu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əlimuradov İlkin Ənvər oğlu isə Dillər kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika  və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif  ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR