"Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri" adlı tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100  illiyi ilə əlaqədar olaraq "Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafındakı xidmətləri" adlı tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva ilk öncə tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Kəmalə Mustafayeva deyib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd etdi ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.

Tədbirdə daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Afət İbrahimova və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi Günel Məmmədova bildirdilər ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.   Azərbaycanın ilk Parlamenti və Hökuməti, Dövlət Aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Tədbirə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə  həsr olunmuş videoçarxın  nümayişi ilə yekun vurulub.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR