Ədalət tərəzisini əyməyən hakim niyə hədəfə alınıb

Vəzifəli şəxslərin adından sui-istifadə edənlər kimlərdir?

Azərbaycan dövləti sivil dünyanın bir üzvü olaraq müstəqil məhkəmə hakimiyyətinə malikdir. Hakimlərin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindəndir. Belə ki, ölkəmizdə hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquqi bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Çox təəssüf ki, bəzi hallarda məhkəmə çəkişmələrində uduzan tərəf qanun mübarizəsini davam etdirmək əvəzinə, qeyri-qanunu yollarla təzyiq və şantaj yolu seçməyə üstünlük verirlər.

Redaksiyamıza müraciət edən "Cənnət Park" MTK-nin direktoru Qənbər Fətullayev bildirib ki, "Təzadlar" qəzetinin 11 sentyabr 2018-ci il tarixli 30 saylı buraxılışında "Hakimin qanunsuzluğu Azərbaycanın 1-ci vitse-prezidentinin nəzarətində" adlı yazıda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseynin "Cənnət Park" MTK-nin"Biləcəri Təmir-Quraşdırma" QTSC-yə qarşı iddiası üzrə çıxardığı qətnamədən bəhs edilir. İddia edilir ki, guya hakim "Cənnət Park" MTK-nin iddiasını təmin etməklə qanunsuzluğa yol vermişdir. Yazıda bu fikri əsaslandıracaq hər hansı dəlil yoxdur. Heç işin mahiyyəti də açıqlanmır. Sadəcə hakimin ünvanına yolverilməz ifadələr işlədilir: "Cənnət Park" MTK-nin rəhbəri olaraq məsələnin mahiyyətinə toxunacağam və hamıya bəlli olacaq ki, əslində hakim mülkiyyət hüququnu qorumaqdan başqa heç nə etməmişdir. Mənə indi bəlli olur ki, bunu etmək onun üçün necə çətin olmuş, hansı təzyiqlərə məruz qalmışdır. Belə sifarişli yazıları dərc etdirənlər təbii məhkəmə prosesi zamanı da "qaydasız döyüş" metodlarından istifadə edirdilər. Kimlərin yanına getmələri, hansı hakimlərin yanında səhərdən axşamadək oturmaları, necə təzyiqlər etmələri də bəllidir. İndi də bu kimi yazıların getməsi məramı da aydındır. Bakı elə də böyük şəhər deyil, hamı hər şeyi bilir. Sifarişçi və təşəbbüskar da bəllidir. Yazıda formal olaraq Aidə xanımdan başqa guya kiminsə də çıxarılan qətnaməyə görə məsuliyyət daşımasının vurğulanması həqiqəti gizlədə bilməz. Bəli, Aidə xanım bütün təzyiqlərə baxmayaraq ədalətli qərar verdi. Bununla da ölkəmizdə məhkəmə sisteminin daha ədalətli, daha müstəqil olması yolunda olduğunu bir daha təsdiqlədi. Birinci instansiya məhkəməsinin qərarı ilə razı olmayan tərəf apellyasiya şikayəti verə bilər. Və verib də. Bəs onda bu təlaş və ulaşma nəyə lazımdır? Özü də birinci vitse-prezidentin adından sui-istifadə ilə yanaşı ona görə lazımdır ki, çıxarılan qərar ədalətlidir və apellyasiya instansiyası da onu qüvvədə saxlayacaq. Buna görə də indidən Bakı Apellyasiya Məhkəməsinə təzyiq edirlər. Demək istəyirlər ki, "sözümüzə baxmasaz, təzyiqimizdən qorxmasaz, sizdən də belə məqalələr dərc edəcəyik".

İndi isə gəlin opponentlərimizdən fərqli olaraq işin mahiyyətinə də qısaca toxunaq ki, irəli sürülən iddiaların absurdluğu hamıya bəlli olsun. Q.Fətullayev qeyd edib ki, "16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti"nin iki şirkətə borcu var: "Cənnət Park" MTK-ya 2.099.200 manat, "Biləcəri Təmir-Quraşdırma" QTSC-yə isə 6.468.936 manat. 13 iyul 2016-cı il tarixdə "Cənnət Park" MTK ilə "16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti"arasında notariat qaydasında "Borcun əvəzləşməsinə dair müqavilə" bağlanmışdır. Həmin müqaviləyə əsasən ödənilməmiş borcun müqabilində ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir borular 1 tonu 800 manat qiyməti ilə "Cənnət Park" MTK-nin mülkiyyətinə keçmişdir.Bununla "16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti"nin"Cənnət Park" MTK qarşısındakı borc öhdəliyinə xitam verilmişdir.

13 gün sonra, yəni 26 iyul 2016-cı il tarixdə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tarixli Qərardadı iləsözügedən boruların üzərinə "Biləcəri Təmir-Quraşdırma" QTSC-nin xeyrinə ("16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti"nə qarşı borc tələbi müqabilində)həbs qoyulmuş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Halbuki, borular artıq "16 №-li İnşaat İstehsalat Təsərrüfat Tresti"nə deyil, "Cənnət Park" MTK-yə məxsus idi. Özü də 13 gün əvvəl notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında. Buna baxmayaraq, 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda Binəqədi  rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları "Cənnət Park" MTK-nin ərazisinə gələrək bir gün (qeyri-iş günü) ərzində 2141 ədəd boruları daşımışlar. Qeyri-iş günü olduğu üçün "Cənnət Park" MTK heç bir tədbir görə bilməmişdir.

Bundan sonra tərəflər arasında bir neçə məhkəmə mübahisəsi olmuşdur. O cümlədən "Biləcəri Təmir-Quraşdırma" QTSC boruların "Cənnət Park" MTK-nin mülkiyyətinə keçməsi haqda notariat qaydasında bağlanmış "Borcun əvəzləşməsinə dair müqavilə"sinin etibarsızlığı barədə də iddia qaldırmışdır. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli 2-2(81)-560/2017 saylı Qətnaməsi ilə bu iddia tələbi rədd edilmişdir. Həmin Qətnamədə həmçinin borulara "Biləcəri Təmir-Quraşdırma" QTSC-nin deyil, məhz "Cənnət Park" MTK-nin mülkiyyət hüququ təsdiq edilmişdir. "Biləcəri Təmir-Quraşdırma" QTSCQətnamədən şikayət verməmiş (yəni onunla razılaşmışdır) və o, qanuni qüvvəyə minmişdir.

Buna baxmayaraq, "Biləcəri Təmir-Quraşdırma" QTSC boruları "Cənnət Park" MTK-yəqaytarmamışdır. Məhz buna görə "Cənnət Park" MTK boruların "Biləcəri Təmir Tikinti" QTSC-nin qanunsuz sahibliyindən alınaraq "Cənnət Park" MTK-nə qaytarılması barədə iddia qaldırmış, hakim Aidə Hüseyn də bu iddianı təmin etmişdir

Nə vaxtdan mülkiyyətçinin tələbi ilə mülkiyyət obyektinin ona qaytarılması haqda iddianın təmin edilməsi qanunsuz olub? Dünyanın hansı ölkəsində belə yanaşma var? Heç yerdə! Borular "Cənnət Park" MTK-nin mülkiyyətinə daha əvvəl keçib və bu fakt bütün sənədlərlə təsdiq olunur. Əksini sübut edən isə heç bir dəlil yoxdur. Hüquq fakültəsinin II kurs tələbəsi belə bu cür məsələnin necə həll olunmasını bilir. Amma sözügedən yazının əsl müəllifləri bunu bilmir və ya bilmək istəmirlər.

Xatırladaq ki, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu tam təmin olunub, bu siyasətin mühüm tərkib hissəsi kimi hüquqi islahatlar aparılıb, təkmil qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. İndi sadə vətəndaşından tutmuş ən yüksək dövlət məmuruna qədər hamının borcu həmin qanunlara əməl etməkdən ibarətdir.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR