Dodaq çatlamasına təbii çarə

Havalar soyuduqca dodaqlarda çatlar əmələ gəlir. Bu isə xanımların sevmədiyi hallardan biridir.

Evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edirik:

Şəkər tozu və bal

Bir çay qaşığı şəkər tozu və balı qarışdırın. Dodaqlarınıza çəkin. 5 dəqiqə saxladıqdan sonra nəmli və canlı dodaqlara sahib olacaqsınız.

Hindistan qozu yağı
 

Hindistan qozu yağı dodaqların nəmlənməsində ən yaxşı vasitələrdəndir. Yağdan dodaqlarınıza çəkməyiniz kifayətdir.

Xiyar maskası

Xiyar üz dərisi ilə yanaşı dodaqların çatlamasının da qarşısını alır. Xiyarın iç hissəsini dodaqlarınıza vurub 15-20 dəqiqə saxlayın. 
 
Su maskası

Dodaqlarınızın itirdiyi nəmi geri qaytarmaq üçün gün ərzində 8-10 stəkan su için. Beləcə həm bədən sağlamlığınızı qoruya biləcəksiniz, həm də dodaq quruluğundan qurtulacaqsınız.

Bal maskası

Balın tərkibində antibakterial maddələr olur. Dodağa qulluq zamanı təkcə baldan da istifadə edə bilərsiniz. Bütün dodağa çəkdiyiniz balı 15 dəqiqə saxlayın. Gündə 2-3 dəfə istifadə etmək daha məqsədəuyğundur. 

axsam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR