İki dilim ananas, bir ovuc yer fındığı — YADDAŞI GÜCLƏNDİRƏN QİDALAR

Əgər unutqanlıq probleminiz çoxalmağa başlayıbsa, səbəbi qidalanma vərdişlərində etdiyiniz səhvlər ola bilər.

Yaddaşı gücləndirən, bir-birindən ləzzətli və sağlam qidaların siyahısını təqdim edir.

Yer fındığı

Sağlam qidalanma bir çox xəstəliklərin qarşısını ala bilər. Eyni zamanda beyinin sağlam qalması üçün də qidalanma vacibdir. Gündə 1 ovuc yer fındığı qəbul etmək beyin və yaddaş üçün çox faydalıdır. Yer fındığının tərkibi kolin maddəsi ilə zəngindir. Bu isə beyinə çox faydalıdır.


2 dilim ananas

Tərkibindəki C vitamini, minerallar və antioksidant orqanizmin su balansını qorumaq cəhətdən yaddaş üçün çox faydalıdır. Gündə iki dilim kifayət edir.


Qara üzüm

Gündə bir salxım qara üzüm qan artımı və dəmir artımı üçün faydalı olmaqla yanaşı yaddaşın da güclənməsinə kömək edir. Qara üzümün tərkibində beyin üçün lazım olan minerallar var. Amerikada aparılan tədqiqat sübut edib ki, qara üzüm suyu içən insanların yaddaşı güclü olur.


Yumurta

Hər səhər bir ədəd qaynadılmış və ya tavada yağda bişirilən yumurta proteini ilə beyinin inkişafı və yaddaşın güclənməsi üçün faydalıdır. Beyin hüceyrələrinin inkişafına kömək edir. Tərkibində B vitamini olan kolin maddəsi var. Kolin yeni beyin hüceyrəsinin çoxalmasına təsir edir. Amin turşuları isə hüceyrənin funksiyalarına təsir edir.


Qarağat

Sağlam həyat üçün hər gün tərəvəz və meyvə yemək lazımdır. Qarağat isə yaddaşı gücləndirir. Beyində yeni bağlantı yollarını dəstəkləyir. Tərkibində bol miqdarda polifenol var. Bunun sayəsində beyin hüceyrələrinə hücum edən sərbəst radikallarla savaşır.


Balıq və qoz

Tərkibində Omeqa 3-6 yağ turşuları olan balıq və qoz çox faydalıdır. Bu yağ turşusu yaddaşı gücləndirir, beyinin fəaliyyətini sürətləndirir. Gündə 3-4 ədəd qoz yemək unutqanlığın qarşısını alır. Balıq isə beyinin düzgün fəaliyyəti üçün vacibdir.


Banan

Yaddaş və zəkanın inkişafı üçün B vitamini tərkibli qidalar çox vacibdir. B vitamini beyin və sinir sisteminin sağlamlığını qoruyur. Bu vitamin ət, balıq, yağsız süd, qatıq, banan və yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olur.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR