“WhatsApp”ın düyməli telefonlar üçün versiyası əlçatan olub

"WhatsApp"ın tərtibatçıları eyniadlı messencerin Hindistanda populyar olan "JioPhone" şirkətinin düyməli telefonları üçün versiyasını təqdim edib.

Mobil messencerin qeyri-adi versiyasını "KaiOS" əməliyyat sisteminin onlayn mağazasından yükləmək olar.

Messencerin rəsmi bloqunda dərc edilmiş yazıya görə, düyməli telefonların sahibləri "WhatsApp"ın yeni versiyasının köməyi ilə mesajlaşa, foto və video paylaşa, həmçinin səsli mesaj funksiyasından istifadə edə biləcək.

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR