Geyim alarkən nələrə fikir verməli?- VİDEO

Bakının geyim mağazalarında söyüşlər və xoşagəlməz ifadələr olan köynəklərin satışı davam edir. Söyüşlər ingilis və digər xarici dillərdə yazıldığı üçün bəzi alıcılar mənasına fikir vermir. Elə bu səbəbdən də, bəzən qeyri-etik ifadələr yazılmış köynək geyinənlər gülünc vəziyyətə düşürlər.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bu cür hallar sakinlərdə xoş münasibət yaratmaya bilər".

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: Bu cür hallarla bağlı həftədə 1-2 dəfə zənglər qəbul olunur. Əhalinin bununla bağlı narazılığı var. Kapitalizm cəmiyyətinin mənfi xüsusiyyətləridir".

Bu problem sosial şəbəkədə paylaşılan "yenidən məktəbə" yazılı lövhənin aşağısında məktəbli qız ətəklərinin parçasından tikilmiş alt paltarlarının satılmasını da gündəmə gətirir.

Avropa ölkələrində qeyri-etik, vulqar ifadələr yazılan "köynək"lər adi hesab edilsə də, Azərbaycanda bu kimi aksiyalar qəbul edilmir. Odur ki, kimlərinsə gülüş hədəfinə çevrilməmək üçün geyim alarkən diqqətli olmaq məsləhətdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR