Şamaxı Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı açıqlama

Yer kürəsində başlayan geomaqnit qasırğası G1 səviyyəsindədir, Kp indeksi 6 olub.

Bunu Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Onun sözlərinə görə, geomaqnit qasırğasının indeksi maksimum 9 olur:

"Bu da orta həyacanlaşma sayılır. İnsanlar, əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin üzərində alışmalar və ləkələr, demək olar ki, yoxdur. Həyacanlaşmalar var. Amma bizim onu hiss etmirik.

Ötən gün geomaqnit qasırğası orta səviyyədə olub. Xəstə insanlarln halsızlıq, baş ağrıları, təzyiq hiss etmələri mümkündür. Oktyarın 9-na kimi sakitlik müşahidə olunacaq".

Namiq Cəlilov bildirib ki, günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq:

"Yer Günəş sisteminə daxil olan planetlərdən biridir. Hər şey Günəşdən gələn enerjiyə bağlıdır. Günəş və sisteminin yaşı hazırda dörd milyard ilə yaxındır.

Təqribən yarısı yaşanıb. Günəş yanır. Proses bitdikdə bütün planetlər Günəşin üzərinə töküləcək. Bu zaman həyat, o cümlədən bütün planetlər yoxa çıxacaq. Buna milyard illər lazımdır. Çünki çox zəif prosesdir".

Qeyd edək ki, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub. Həmin il X23 alışması aktivliyin maksimum fazasında baş verib. 

www.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR