Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarıbir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirəcək. "OLAYLAR" xəbər verir ki, tədbirin təşkilatçıları ənənəvi olaraq "Coca-Cola", "Bakcell","PAŞA Bank" şirkətləri və "ASAN Könüllülük Məktəbi"nin "Yaşıl ASAN" təşəbbüsüdür. Aksiyanın partnyorları sırasında isə "ASAN Radio", "Xəzər TV", "AzEkol", AFFA, "Alliance Asisst Group", "Toyota" Bakı Mərkəzi, "Entreé" kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

Aksiya Xəzəri qoruyaq şüarı altında Bilgəh çimərliyində baş tutacaq. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunacaqlar.

Qeyd edək ki, Azərbaycanda son 8 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 35 hektara yaxın ərazisi təxminən 25 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraqməlumatlar "Ocean Concervancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR