Bakıda beynəlxalq simpozium keçiriləcək

Sentyabrın 13-də Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, Bakıda "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium keçiriləcək. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, tədbir öncəsi Ulu öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Bakıdakı Türk şəhidliyi ziyarət olunacaq.Simpoziumun açılış mərasimi 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının dairəvi zalında (1-ci mərtəbə) olacaq. Elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR