Naxçıvanda bir nəfər də dilənçi yoxdur

Metro çıxışlarında, bazarlarda, maşınların, avtobusların qarşısında, insanların gur olduğu digər yerlərdə onlara rast gəlmək mümkündür. İşləri əl açıb dilənməkdir. Söhbət dilənçilərdən gedir.

Özləri də fərqindədirlər ki, insanların daha dilənçilərə rəhmi gəlmir. Ona görə də yeni metodlara əl atmalı olurlar.

Amma elə bölgələrimiz var ki, orada dilənçiyə rast gəlmək olmur. Məlumata görə, Naxçıvan Muxtar Respublikasında dilənçi yoxdur.

Olaylar.az  xəbər verir ki, modern.az məsələni dəqiqləşdirməyə çalışıb. Naxçıvan Ali Məclisinin deputatı Tariyel Talıbovaçıqlamasında məsələyə aydınlıq gətirib: 

"Naxçıvanın istənilən yerini gəzib dolaşanda qarşına dilənçi çıxmır. Bunun üçün Naxçıvana yollanıb küçələrini eninə-uzununa gəzmək lazımdır. Reallığı gözünüzlə görəcəksiniz. Naxçıvanda dilənçinin nə üçün olmadığını soruşursunuz. Əvvəla, burada dilənçiləri güllələmirlər. Digər tərəfdən heç bir dilənçiyə pul verilmir. Əgər sağlam adamdırsa, gedib işləməlidir. Xəstədirsə, dövlət qayğısı ilə əhatə olunur. Xəstə insanlara həm dövlət, həm də ictimai qurumlar dəstək olurlar. Ona görə də burada dilənçiyə yer qalmır. Naxçıvanın ən ucqar kəndinə getsəniz belə, gözəllik və səliqədən başqa bir şey görməyəcəksiz. Mərkəzlərdə vəziyyət necədirsə, əyalətlərdə də o cürdür". 

Naxçıvan parlamentinin xanım deputatı Turan Məmmədli də belə halın olmadığını söyləyib:

"Naxçıvanda dilənçinin olmaması insanların həyat şəraitinin yaxşı olmasından irəli gəlir. Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır. O zaman dilənçi olmamasının səbələrini də rahatlıqla araşdıracaqsınız. İnsanlarımız çox çalışqandır. Normal şəraitdə yaşayırlar. Şükürlər olsun ki, dövlətimiz də xalqımızın qeydinə qalır və neqativ hallara rast gəlmək olmur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR