Azərbaycanlı aparıcı qəza keçirtdi: "Elə bildim meyitini çıxaracam maşından" - FOTO

Lider televiziyasının aparıcısı Könül Muxtarova qəza keçirib.

Olaylar.az bildirir ki, qəzanın şokundan hələ də ayılmayan aparıcı hisslərini Big.az ilə bölüşüb: 

"Hadisə Heydər Əliyev prospektində baş verdi. Yolun qırağında maşını saxlayıb, qardaşımı gözləyirdim. Niva markalı avtomobil qəfildən mənim avtomobilimə çırpıldı. Hər şey ani baş verdi. Qardaşım hadisəni elə danışdı ki, nə baş verdiyini özüm də anlamadım. Deyir, elə bildim meyitini çıxaracam maşından. O dərəcədə sükana bərk çırpılmışdım. Boynum, burnum əzilib."

Qeyd edək ki, Muxtarovanın həyatı təhlükəsi olmasa da, burnu əməliyyatlı olduğu üçün ciddi zədə alıb.

Faktla bağlı araşdırma aparılır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR