Qubada elektrik dirəyində yanğın - bir neçə kənd işıqsız qaldı

Quba rayonunda yüksək gərginlikli (10000 V) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb. 

Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb. Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev "Report"un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: "Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib".

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR