Sumqayıtda yeni təyinat: şöbə müdirinə yüksək vəzifə verildi (ÖZƏL)

Sumqayıt şəhər Səhiyyə şöbəsində kadr dəyişikliyi olub. 

Olaylar.az Xeberle.com-a  xistiəbər verir ki,  Sumqayıt şəhər Səhiyyə şöbəsinin baş pediatrı, uzun illər bu vəzifədə çalışmış  Xalidə Quliyeva təqaüdə göndərilib. 

Onun yerinə isə pediatr Aynurə Həsənova təyin olunub.

Qeyd edək ki, A. Həsənova 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib.  Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib. 

A. Həsənova son təyinata qədər Sumqayıt şəhər 1 saylı uşaq poliklinikasının məktəb və məktəbəqədər şöbəsinin müdiri işləyib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR