Dini Komitədə VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) "Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi" adı altında baş tutan VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, DQİDK-nın sədr müavini Gündüz İsmayılov xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə dövlət siyasətindən, eləcə də Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən söz açıb. Bildirib ki, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən sədr müavini bütün dinlər və dini qurumların qanun qarşısında bərabər olduğunu deyib. Vurğulayıb ki, heç bir din, eləcə də dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Gündüz İsmayılov bu baxımdan ölkəmizdəki dinlərarası harmoniyanın dünyada az rast gəlinən tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Dini dözümlülüyün başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzi olduğunu deyən sədr müavini bildirib ki, tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. O, ölkəmizdə tarixən mövcud olan bu cür yüksək mənəvi mühitin qorunub saxlanılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən nümunəvi dövlət-din münasibətlərinin mühüm rolu olduğunu diqqətə çatdırıb.

Gündüz İsmayılov dinə dövlət dəstəyinin təzahürü olaraq, Dövlət Komitəsinin tabeliyində yaradılan qurumlardan da danışıb. Bildirib ki, Mənəvi Dəyərlərin Fondu hazırda 1068 din xadiminə maddi yardım göstərir. Əlavə edib ki, qeyri-müsəlman dini icmalara da hər il dövlət tərəfindən maddi dəstək göstərilir.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR