Ölkəyə gələn turistləri kim və necə maarifləndirməlidir?

Ekspert Elxan Vəliyev: "Bir insana nəyisə qadağan etməklə, onun qarşısını almaq mümkün deyil"

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar çərçivəsində turizm sektoru üzrə görülən işlər də önəm kəsb edir. Son zamanlar Bakıda turist dedikdə ilk ağla gələn ərəblər olur. Bir neçə ildir ki, Bakı ilə yanaşı bölgələrimizdə yerləşən istirahət mərkəzlərində də ərəb turistlərinin sayı xeyli dərəcədə çoxalıb. Paytaxtda yerləşən kafelərdə artıq ərəb musiqiləri səsləndirilir, menyularda ərəbcə də siyahı yaradılır. Eyni zamanda ərəb turistlərin ölkəmizdə alış-verişi , iaşə obyektlərindən istifadə etmələri xidmət sektorumuzda da canlanmaya səbəb olan amillərdən sayılır.

Bütün bu yaxşı cəhətlərlə bərabər, insanların ərəblər barəsində şikayətlərinə də az rast gəlmirik. Xüsusilə də insanlar ərəblərin ictimai yerlərdə davranış qaydalarından narazılıqlarını bildirirlər. Ərəbin icarə avtomobil götürüb içərisini zibilləməyi, istirahət mərkəzlərindən birinin hovuzunda təbii ehtiyacını ödəməsi, hotelin yataq dəstinin üzərində qarpız yeməsi kimi müxtəlif məlumatları eşitmişik.

Bəllidir ki, turistləri Bakıya hər hansı bir turizm şirkəti gətirir, bələdçilik edir. Bəs onlar turistlərə davranış qaydaları və digər bu kimi məsələlərlə bağlı təlimatlar vermirlər?

"Yeni Müsavat"a danışan turizm üzrə ekspert Elxan Vəliyev bildirib ki, ərəblərə bununla bağlı çox az şirkətlər təlimatlar verirlər:

"Yəni bir çox ölkələrdə də belə düşünürlər ki, turist ölkəyə gəlir, pul gətirir, iqtisadiyyata fayda verir. Azərbaycanda da bu cür düşünürlər. Ona görə də turistlərə güzəştə gedirlər. Təbii ki, bu kimi məsələlərlə bağlı hər zaman birmənalı fikir olmayıb. Əks düşüncədə olanlarla söylədiyimiz fikri dəstəkləyənlərin mövqeləri toqquşur. Belədir ki, şəxslər xidmət haqqını ödəyir, istədiklərini sifariş verirlər. Şirkət tərəfindən təlimat olsa belə, yenə də hər kəs öz işini görür. Şəxsin özündə də ümumi mədəniyyət olmalıdır. Bir insana nəyisə qadağan etməklə onun qarşısını almaq mümkün deyil. Qadağanı dövlət səviyyəsində qoymaq olar. Ancaq sıravi bir şirkətin onu təlimatlandırması nəticə vermir. Hər kəsin öz düşüncəsi var və o, bir ölkəyə getməmişdən öncə düşünür ki, həmin ölkədə filan addımları atacam. Nə qədər qadağa olsa da baxırsan ki, turist ağlına qoyduğunu bir formada həyata keçirir. Xüsusi restoranlar  var ki, orada ancaq ailələr qidalana bilirlər. Müəyyən hotellər fəaliyyət göstərir ki, həmin hotellərə iki oğlanı, iki xanımı buraxmırlar. Ancaq bu da çox azdır və düşünürəm ki, çeşidi artırmaq lazımdır. Ukrayna, Belarus, Qazaxıstan, Türkiyə bazarı var. Bu bazarları da Azərbaycana yönəldə bilsək, gözəl nəticələr əldə etmək olar. Artıq əlaqədə olduğum turizm şirkətləri var ki, onlar düşünmürlər ki, ərəbləri Bakıya gətirəcəklər. Onlar düşüncələrini daha çox Avropa ölkələrinə, yuxarıda sadaladığım ölkələrə yönəltməyə başlayıblar".

Ərəblər bakıda ile ilgili görsel sonucu

Ekspert bildirib ki, Rusiya bazarını da Azərbaycana yönəltmək üçün ciddi işlər aparılmalıdır: "Bunun üçün biznesmenlər də düşünməli, işlər görməlidirlər. Eyni zamanda bu istiqamət üzrə hotel sahibləri, turizm şirkətləri də düşünüb, ortaya yeni proyektlər qoymalıdır. Bu sahəyə müəyyən qədər vəsait qoymaqla, gəlir əldə etmək mümkündür. Ərəblərə gəlincə isə onlar da ölkədə vəsait xərcləyirlər. Sadəcə olaraq, özlərini bir qədər problemli aparırlar, düşüncələri, davranışları başqadır. Ancaq görünən budur ki, ərəblər ölkədə yaxşı alış-veriş edirlər. Görürük ki, Bakı ərazisində nə qədər yeni mağazalar açılıb. Əvvəllər hər hansı bir brend geyim mağazasının Bakıda bir və ya iki filialı vardı. İndi isə müşahidə edirik ki, artıq brend geyim mağazaları öz filiallarının sayını artırırlar. Bundan əlavə, iri ticarət mərkəzlərində mövsümü endirimlərin də şahidi oluruq. Bütün bunlar hamısı turist axınının artması ilə əlaqədardır. Tanıdığım şirkətlər var ki, onlar turisti gətirən zaman diqqət edirlər. Yəni hər ailəni yaxın buraxmırlar. Bundan əlavə, günahı təkcə ərəblərdə axtarmaq lazım deyil.  Yerli insanların özləri də normal düşüncəyə malik olmalıdırlar. Məsələn, pulun xətrinə hər hansı bir taksi sürücüsü öz mənəviyyatını satmalı deyil. Bu cür məsələlər var. Əgər xidmət sahəsində dediyim hallar olmasa, turizmdə sürətli inkişafı görmüş olarıq. Azərbaycanda deyərdim ki, əksər sahələrdə bir-birinə diqqət, hörmət anlayışı yoxdur. Hər kəs düşünür ki, o qazanmalıdır. Bu sahə elədir ki, hər kəs öz gəlirini artırmaq üçün potensialını ortaya qoyur. Çalışıb, faydalı tərzdə davranmaq lazımdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR