Coca-Cola və ASAN Könüllüləri, turizm və qadınlara dəstək layihəsinə başlayırlar

Coca-Cola, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universiteti bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün "Uğurlu qadın, uğurlu gələcək" layihəsinə start veriblər.

Olaylar.az xəbər verir ki, Coca-Cola Fondunun dəstəklədiyi"Uğurlu qadın, uğurlu gələcək" layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinəvə turizm sahəsində biznes təşəbbüslərinə dəstək olmaqdır. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edəcək. Təlimlər Türkiyənin tanınmış mütəxəssislərinin Azərbaycan Turizm və Menecment Universitinin professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz olaraq tədris ediləcək. Layihə ASAN Könüllüləri tərəfindən icra olunacaq.

Qeyd edək ki, təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikat ilə təltif olunacaq. Dünya təcrübəsi göstərir ki, bu proqrama qoşulan iştirakçılar daha sonra istehsalat, tədarük, distributor, pərakəndə satış, təkrar emal və əl əməyinə əsaslanan sənət növləri ilə məşğul ola bilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR