Nazirlik: “ASAN Xidmət” vasitəsilə 131 hüquqi şəxsə icazə verilib

2018-ci ilin II rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 105 hüquqi şəxsə icazə verilib.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bunlardan 87 icazə 5 saylı "ASAN Xidmət" mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 82-si ixrac nəzarətinə düşən malların idxalı, 13-ü ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı icazələr olub."Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə elektrik enerjisinin sənaye parkının hüdudlarında paylanmasına görə 1 icazə verilib. Ümumilikdə 2018-ci ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən 177 hüquqi şəxsə icazə verilib və bu icazələrin 131-i ASAN Xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin "ASAN Xidmət" mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. Hazırda 3 növ icazənin "ASAN Xidmət" mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir. Vətəndaşlar nazirliyin rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsinə daxil olmaqla (və ya e-xidmet.minenergy.gov.az saytına girərək) icazə almaq üçün sənədlərini elektron qaydada da göndərə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR