Yunus Emre İnstitutunun rəhbəri Azərbaycan İlahiyyat İnstitutunda olub

Yunus Emre İnstitutunun rəhbəri dos. Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun qonağı olub.

"OLAYLAR"-a Təhsil Ocağından bildirilib ki,  İnstitutun rektoru Ceyhun Məmmədovla görüşən Cihan Özdemir Aİİ-nin qurulmasını Azərbaycanda din təhsili sahəsində atılmış çox önəmli bir addım olaraq dəyərləndirib. Özdəmir hər bir dövlətin sosial birliyinin qorunmasında vacib amillərdən birinin yüksək vətəndaşlıq şüuruna malik, sağlam düşüncəli din kadrlarının yetişdirilməsi olduğunu bildirib və Aİİ-yə bu mühüm vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıb.

Aİİ-nin rektoru Ceyhun Məmmədov Yunus Emre İnstitutu rəhbərliyinin Aİİ-ni ziyarətinin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. O, İnstitutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik din xadimlərinin yetişdirilməsi olduğunu qeyd edib. Ceyhun Məmmədov İnstitutda islamşünaslıq və dinşünaslıq sahəsinə aid əsas elmlərin tədrisi ilə yanaşı, tələbələr üçün Şərq incəsənətinin müxtəlif sahələri ilə əlaqəli kurs və dərnəklərin də təşkilinin nəzərdə tutulduğunu və Aİİ ilə YEİ arasında bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qarşılıqlı əlaqələrin müzakirəsi istiqamətində aparılan görüşün sonunda Cihan Özdəmir Aİİ-nin məzunlarının yüksək əxlaq və intellektə sahib nümunəvi din xadimi olaraq yetişdirilməsinin vacibliyini vurğulayaraq İnstitutun işlərində uğurlar arzulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR