Mətanət Ağamirli: “Hər birimiz bir əsgər kimi cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik”

"Azərbaycan dövlətinin dünya arenasındakı nüfuzu, getdikcə artan inkişafı, siyasi və iqtisadi çəkisi, regionda lider dövlət rolunda çıxış etməsi əlbəttə qürur yerimizdir. Təbiidir ki, gözü götürməyənlər də olacaq. Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə son 15 ildə əldə edilən uğurlar, nəticələr dövlətimizi, xalqımızı gözügötürməyən qüvvələri məyus edir. Ötən illərin təcrübələri göstərdi ki, bu bədxah qüvvələr öz məqsədlərinə nail olmaq üçün ən alçaq vasitələrə əl atmaqdan çəkinmirlər".

Bu fikirləri Olaylar.aza açıqlamasında əməkdar jurnalist, "Lider" televiziyasının aparıcısı Mətanət Ağamirli bildirib.

Mətanət Ağamirli  son günlər baş verən Gəncə hadisələrinin hər birimizi üzdüyünü qeyd edərək vurğuladı ki, bu hadisə əsla kimsəni qorxutmadı:

"Çünki hamımıza gün kimi aydındır ki, Azərbaycan xalqı öz prezidentinin, dövlətinin ətrafında sıx birləşib. Ötən illər ərzində xarici maraqlara xidmət edən edən qüvvələrin ölkəmizdə sabitliyin pozulmasına yönələn cəhdlərinə insanlarımızın yekdil surətdə eyni mövqedən sərt təpkisi yuxarıda qeyd etdiyim fikri bir daha təsdiq edir. Düşünürəm ki, inkişafımızı gözü götürməyənlərin arzusu bu dəfə də gözündə qaldı. Bu da təbiidir. Vətəndaşlarımız, xalqımız dövlətçiliyimizə zərrə qədər də kölgə salınmasına əsla göz yummayacaq, yol verməyəcək. Hər birimiz bir əsgər kimi dövlətçiliyimizin keşiyində cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Əmin olsunlar ki, kimsə bu birliyi poza bilməyəcək".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR