Milli Oftalmologiya Mərkəzi humanitar aksiya keçirəcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikasının  növbəti humanitar aksiyası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda olacaq. 12-13 iyul tarixlərinə Gədəbəy sakinləri müayinə ediləcək, 14 iyulda isə cərrahi əməliyyatlar aparılacaq.

Bu barədə Mərkəzdən "Olaylar"a verilən məlumata görə, Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib ki, burda əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Onun sözlərinə görə, Mərkəzin Səyyar Klinikası ən son texnoloji avadanlıqlarla təchiz olunub. Səyyar xidmətdə həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iştirak edir. Xatırladaq ki, 2005-ci ildən bu günə kimi Səyyar Klinika respublikanın rayon və şəhərlərində onlarla  tibbi aksiya keçirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR