62 milyona “Lamborghini”, 25 milyona tualet — Qızıldan hazırlanan əşyalar

Dünyada varlılar üçün əyləncənin və maraqların sərhədi yoxdur. Bəziləri isə daha da irəli gedərək müəyyən əşyaları sırf qızıldan hazırlatdırırlar.

"Ölkə.Az" bu gün oxuculara xalis qızıldan hazırlanmış bahalı əşyaların siyahısını təqdim edir.

Qızıl həblər

Qiyməti: 1 ədəd 425 dollar

Dizayner Tobias Vonq tərəfindən düşünülüb. Kapsullar 24 karatlıq qızıldan hazırlanır və maye qızıla salınır. Bir aylıq həb qəbulu 13 min dollara başa gəlir. Hazırda Nyu-Yorkun Müasir İncəsənət muzeyində eksponat kimi saxlanılır.

Qızıl maska

Qiyməti: 1000 dollar

Kosmetik prosedur üçün nəzərdə tutulub. Deyilənə görə, Kleopatra üzünün təravətini və gözəlliyini qorumaq üçün qızıldan istifadə edib. 2006-cı ildə Yaponiyanın "Umo, İnc" şirkəti dəri üçün nəzərdə tutulmuş 24 karatlıq qızıl maska istehsal edib. "Raffles Dubai Hotel" və "Harrods"da bu prosedur mümkündür.

Şokoladlı pudinq

Qiyməti: 35 min dollar

Yeyilən qızıl yarpaqlar prestijli ərzaqlardan sayılır. İstənilən yeməyə qızıl tozu və brilliant qaşı əlavə edib bahalı yemək əldə etmək mümkündür.
Şokoladlı pudinq isə bahalı yarpaqlarla (qızıl), kürü və 2 karatlıq almazla bəzədilib. İngiltərənin Leyk-Distrik rayonundakı oteldə iki həftə əvvəldən sifariş etmək lazımdır.


Qızıl tabut

Qiyməti: 50 min dollar

Dəfn edilən mərhum üçün 24 karatlıq qızıl ilə tabut bəzədilir. Belə tabutu əldə edəndə sertifikat da verilir.

Qızıl köynək

Qiyməti: 250 min dollar

Hindistanlı Datta Fuqe üçün köynək hazırlamaq üçün zərgərlər 22 karatlıq 14 min qızıl parçadan istifadə ediblər. 15 usta 16 gün ərzində qızıldan köynək toxuyub. Köynəyin çəkisi 3.17 kq-dır.

Tualet və tualet kağızı

Tualetin qiyməti: 2.500.000 dollar

Tualet kağızının qiyməti: 1 milyon dollar

Dünyanın ən bahalı tualet otağıdır. Divarları 24 karatlıq qızılla bəzədilib. Saf qızıldan tökülmüş unitazı var. 2001-ci ildə "Hang Fung Gold technology Group" tərəfindən hazırlanıb.

Bildirilir ki, tualetdən hələ istifadə edən olmayıb.

Yeni il ağacı
Qiyməti: 11 milyon dollar

2010-cu ildə Abu-Dabidəki 7 ulduzlu oteldə quraşdırılıb. Qızıl bant, ornament və girlandiya ilə bəzədilib. Aşağısında isə hədiyyələr qızıl kağıza bükülüb. Ağacdan qiymətli daşlar tökülür.

Poker

Qiyməti: 7.500.000 dollar

Dizayner Ceffri Parket tərəfindən hazırlanıb. Çemodan alliqator dərisindən tikilib. Poker pulları isə bahalı metaldan hazırlanıb və brilliant qaşlardan istifadə edilib.

Qızıl "İphone"

Qiyməti: 15 milyon dollar

Dünyanın ən bahalı smartfonu zərgər Stüart Hyuz tərəfindən hazırlanıb. Korpus 22 karatlıq saf qızıldan hazırlanıb. "Apple" loqosu və yan tərəflər brilliantdan hazırlanıb.

Qızıl "Lamborghini"

Qiyməti: 62 milyon dollar

Qızıl avtomobilərin satışı əsasən Yaxın Şərqin neft zəngini olan ölkələrində, Rusiya və Çində dəbdədir. Bu maşınları qızıl yarpaqlarla həm çöldən, həm də içəridən bəzəyirlər.

2012-ci ilin oktyabrında Dubayda qızıldan hazırlanmış və brilliantlarla bəzədilmiş "Lamborghini" modeli təqdim edildi. "Ferrari" və "Rolls-Royce" şirkətləri də qızıldan maşın istehsal edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR