Zəhra adı yenə liderdir — Uşaqlara ən çox qoyulan adlar

Azərbaycanda uşaqlara verilən adların arasında dini adlar üstünlük təşkil edir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin 5 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Yusif (919), qız uşaqlarına isə Zəhra (916) adı verilib. 

Eyni zamanda islam dininə xas Hüseyn (651), Əli (720), Fatimə (523), Zeynəb (550), Ömər (560), Məryəm (590), Məhəmməd (520) adları da uşaqlara ən çox verilən adlardandır.

Bununla belə, son vaxtlar uşaqlara verilən adlar sırasında Nuray (643), Aylin 595), Murad 465, Mələk (476), Uğur (546) kimi adlar da üstünlük təşkil edir. 

Ümumilikdə isə son 5 il ərzində Azərbaycanda doğulan uşaqlara ən çox Yusif (15584), Zəhra (14635) adları verilib.

"Ölkə.Az"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR