Azərbaycanlı və alman tələbələrin mübadiləsi

İyunun 14-də Azərbaycan Dillər Universitetinin Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Olaylar.az bildirir ki, ölkənin bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman bir sıra vacib məqamlara toxunub.

Z.Hartman Azərbaycana gəldiyi ilk dönəmləri xatırlayaraq ölkənin tarix və müasirliyi özündə birləşdirməsinə vurğun olduğunu bildirib. Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı haqqında danışan Z.Hartman ADU-nun rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib. Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri haqqında danışan Z.Hartman gələcək perspektivlərdən də söz açıb. O, azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində atıla biləcək addımlar barədə danışıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR