AzTU-da “Açıq Qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Təhsil ocağının ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib.

Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Qeyd olunub ki, universitetdə əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Lakin hazırda I, II kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür. Rektor əvəzi bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.

Mediaturdan sonra valideyinlərin və KİV nümayəndələrinin iştiakı ilə universitetin İctimai Şurasının iclası keçirilib. İclasda AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR