Diaspor Gənclərinin I Yay Düşərgəsi keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsi keçiriləcək. "OLAYLAR" xəbər verir ki, düşərgədə iştirak etmək arzusunda olan gənclərin qeydiyyatı başlayıb. 15-20 avqustda təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir. İştirakçılar 18-29 yaş qrupunda, Azərbaycan dilində ünsiyyət bacarığına malik olmalıdır. Bundan başqa iştirakçılar diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı, düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.

Düşərgə zamanı Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Qeyd edək ki,  Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciətlər iyunun 30-dək olacaq. Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR