6 uşaqlı ailə 5 övladından imtina etdi- Bakıda 

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın verdiyi məlumata görə, uşaqlar dövlət uşaq müəssisəsinə yerləşdiriləcək:
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə uşaqların qısa zamanda dövlət müəssisəsinə yerləşdirilməsi məsələsi həll edildi. Ailənin 5 uşağı müəssisəyə yerləşdiriləcək. Yalnız atanın çox istədiyi 3 yaşlı uşaqdan başqa".
***
Bakıda ailə 6 uşağından 5-nə baxa bilmədiyinə görə sığınacağa yerləşdirmək üçün müraciət edib.
Uşaqların yerləşdirildiyi "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyindən  bildirdilər ki, ötən gün günorta saatlarında bir qadın uşaqlarını sığınacağa yerləşdirmək üçün müraciət edib:
"Qadın 6 uşağı olduğunu deyib. Lakin onlardan 5-ni sığınacağa yerləşdirmək istəyib. Ən kiçik uşaq çox balaca idi və xüsusi baxıma ehtiyacı var idi. Qadın özü sığınacaqda qalmaq istəməyib. Buna görə də həmin uşağı qəbul edə bilmədik. Uşaqlardan birini sığınacağa yerləşdirməməsinin səbəbi isə həyat yoldaşının onu daha çox istəməsi kimi izah etdi".
Sığınacaqdan bildirilib ki, yerləşdirilən uşaqların üçün oğlan, biri qızdır.
"Ümumiyyətlə, uşaqların hamısı baxımsız halda idi. Normal qidalanmadıqları hiss olunurdu. Dünən gələndən sığınacağın psixoloqu onlarla iş aparır. Uşaqlarla anaları arasında münasibət çox soyuqdur. Hətta onlar evlərinə qayıtmaq istəmədiklərini deyirlər. Ana uşaqları internat müəssisəsinə yerləşdirmək istəyib. Sənədlərini hazırladığını deyir. Biz də artıq bu barədə aidiyyəti icra hakimiyyəti və orqanlara müarciət etmişik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR