Milli Qurtuluş Gününü qeyd edildi

Bilik Fondu 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə ölkənin müxtəlif bölgələrində bir sıra maarifləndirici tədbirlər təşkil edib. İyunun 12-də Ağstafa Regional Bilik Evində, ertəsi gün isə Şəmkir Bilik Evində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirəsi keçirilib.

Olaylar.az bildirir ki, Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Şəmkir Bilik Evində Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə söbəsinin baş məsləhətçisi Davud Süleymanov Ümummilli liderin şəxsiyyətinin, onun özünəməxsus siyasi idarəetmə qabiliyyətinin, xarizması, qətiyyəti və uzaqgörənliyinin xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdiyini qeyd edib. Mühazirəçi S.Əliyeva Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirib.

Daha bir maarifləndirici tədbir İsmayıllı Bilik Evində yerli gənclərin iştirakı ilə keçirilib. Bilik Evinin müdiri Sevinc Novruzova, "İsmayıllı xəbərləri" qəzetinin redaktoru Elnarə Qasımova, Bilik Evində təşkil olunmuş "Kompüter texnologiyaları və kargüzarlıq işi" kursunun təlimçisi Nərmin Baxışlı çıxış edərək Milli Qurtuluş Gününün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR