Pambıq tarlasında zəhərlənərək Bakıya gətirilən xəstələrin vəziyyəti orta-ağırdır - Nazirlik

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən və Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: "Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar".

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR