Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən cənub bölgəsində iftar süfrələri təşkil olunub

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Masallı və Lənkəran rayonlarında şəhid ailələri və Qarabağ müharibəsi veteranları  üçün iftar süfrələri təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, hər iki tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Fondun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib və Fondun yaradılmasının dövlətin mənəvi və dini dəyərlərə qayğısının bariz təzahürü olduğunu qeyd edib.

Ramazanın həmrəylik, sevgi və mərhəmət ayı olduğunu qeyd edən Mehman İsmayılov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və şəhid ailələrinin, müharibə əlillərinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib. İcraçı direktor yeni fəaliyyətə başlayan Fondun gələcəkdə mənəvi və dini dəyərlərin qorunması və inkişafı, dini maarifləndirmə işinin təşkili, dövlət-din münasibətlərinin tənzimlənməsi və s. istiqamətlərdə mühüm işlərə imza atacağını bildirib.

Digər çıxışçılar da öz növbəsində belə bir müqəddəs ayda şəhidlərin yad edilməsinin önəmini vurğulayıb, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının daim xalqımızın qəlbində yaşadığını söyləyiblər.

Sonda şəhidlərin ruhuna dualar oxunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR