Bu ölkədə sosial problemləri həll etmək o qədər asan və sadədir ki,...

Səbuhi Abbasov: "Bunun üçün sadəcə məmur vətəndaşı qəbul edib 5 dəqiqə ona qulaq asmalıdır"

"Bu gün ölkənin ictimai-siyasi sabitliyinə məsul olan şəxsi, Prezidentin köməkçisini facebookda müxtəlif səhifələr yaradaraq tənqid və təhqir etmək nə deməkdir?"

Son illər ölkədə müşahidə edilən müsbət tendensiyalardan biri düzgün və düşünülmüş şəkildə həyata keçirilən kadr islahatlarıdır. Xüsusilə, aprel ayında baş tutan prezident seçkilərindən sonra hökumətin yeni tərkibdə formalaşdırılması, gənc və perspektivlə insanlara etimadın göstərilməsi uğurlu kadr islahatlarının bariz nümunəsidir. Öz növbəsində ayrı-ayrı vəzifələrə təyin olunan kadrlar da öz növbəsində tabeçiliyində olan və yerlərdə narazılıq yaradan məmurların yeniləri ilə əvəz olunmasına çalışmalıdır. Artıq bu istiqamətdə irəliləyiş də müşahidə edilir. Ekspertlər hesab edirlər ki, məhz yerlərdə bəzi məmurların vəzifəsinin öhdəsindən layiqincə gəlməmsi, onlara göstərilən etimadı doğrultmamaları müəyyən mənfi elementlərin meydana gəlməsinə səbəb olur. Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov deyir ki, Azərbaycan çox unikal ölkədir. Allah bu ölkəyə mümkün olan əksər təbii nemətləri bəxş edib. Amma regional baxımdan hər zaman gərginliklər içində olmuşuq: "Bəxtimiz bir onda gətirdi ki, ən qəliz məqamda Heydər Əliyev bu xalqa sahib çıxdı. Və nəhayət bu gün İlham Əliyev kimi prezidentimiz var. Sözümün canı nədir: Sərvətimiz var, pulumuz var, dünyaya açığıq, dilimiz, mədəniyyətimiz zəngin. Bəs belə olan təqdirdə niyə bu ölkədə qoçular dəstəsi formalaşmalıdır? Niyə bu ölkədə 125 deputatdan 100-ü ağzına və ağlına gələni danışmalıdır? Niyə bu ölkədə məmur balaları milyon demirəm, milyardlara sahib olmalıdır? Niyə polislər kol dibində gizlənib sürücüləri güdməlidir? Niyə bir insanımız qrip olan kimi öz həkimlərimizə "tüpürüb" İrana, Türkiyəyə, Gürcüstana üz tutmalıdır? Niyə direktorlar məktəblərə və bağçalara supermarket kimi yanaşmalıdır? Niyə DYP-çilər sanki fövqaladə vəziyyətmiş kimi sürü ilə camaatın qanına daraşıblar? Niyə heç bir adamı olmayan gənc elə öz potensialının işığında şam kimi əriyib yoxa çıxmalıdır? Niyə tələbələr elm yolu ilə getməyi avarıçılıq kimi bilməlidir? Niyə bizim insanlar Irandan gedib bazarlıq edib evinə gətirməlidir? Niyə bizim xalq Gürcüstandakı avia və turizm bazarını vəsaitlə təmin etməlidir? Niyə? Niyə? Bilirəm, kimlərsə bu statusu screan edib müxalifət damğası ilə haralarasa göndərəcəkdir. Amma bunu kimsə deməlidir. Əgər mən 32 yaşımda bunu deməyə çəkinəcəmsə, hansı vətəndaş cəmiyyətindən danışmalıyam?" 

Səbuhi Abbasov bildirib ki, İlham Əliyev dünyanın nadir siyasətçilərindəndir: "Dünyanın ən böyük Dəniz Limanlarından birini Bakıda açan prezidentin nüfuzunu niyə elə həmin gün evini yandıran sadə vətəndaş vasitəsi ilə "xərcləyirsiniz"? Bu ölkədə sosial problemləri həll etmək o qədər asan və sadədir ki, bunun üçün sadəcə məmur vətəndaşı qəbul edib 5 dəqiqə ona qulaq asmalıdır. Şikayətə gələn ananın dərdinə əlac etməsə belə məmur onun əlini öpməklə yola sala da bilər. 9 milyon insanımızın azı 4 milyonu xariclərdədir. 5 milyondan 2 milyon dövlət qulluqçusu, güc strukturlarıdır. 1 milyonu isə uşaq və təqaüdə çıxmış ağsaqqal və ağbirçəklərimizdirlər. Baxın, bü gün bizə lazım olan o 2 milyonda cəmlənən kiçik və orta sahibkarlar, işsizlər, əlillər, fiziki qüsurlular və digər kateqoriyalı insanların təminatıdır. Uzun illərdir Sosial Müdafiə Nazirliyinin yükünü Heydər Əliyev fondu daşıyıbdır. Bəli, şəxsən Mehriban Əliyeva və Leyla Əliyeva illərdir ancaq kimsəsiz uşaqların, əlillərin, aztəminatlı ailələrin həyatına işıq saçmaqla məşğuldurlar. Bəs belə olan təqdirdə bizi xaricdə qərarlaşan, sapı özümüzdən olan baltalara güldürən məmurlarə niyə strateji postlar həvalə olunur? Bu gün ölkənin ictimai-siyasi sabitliyinə məsul olan şəxsi, Prezidentin köməkçisini facebookda müxtəlif səhifələr yaradaraq tənqid və təhqir etmək nə deməkdir? Bu işə peşəkar qrup və xeyli maliyyə ayrılıb. Demək ki, ölkə büdcəsini yeyənlər həm də bu şərəfsizliyi edirlər. Məncə bütün bu proseslərdən nəticə çıxarmağın vaxtıdır. Məsul postlara kimlərinsə kimləri yox, məhz ora layiq istedadlı heç kimlər təyin edilməlidir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR