Bölgələrdəki Gənclər Evində Mübadilə Proqramı keçiriləcək.

"Azərbaycab Könüllülük Xidməti" çərçivəsində ölkənin 12 rayonunda yerləşən Gənclər Evində Mübadilə Proqramına start verilir. Gənclər Təşkilatları Milli Şurasından "OLAYLAR"-a bildirilib ki,  proqram Bakının Binəqədi, Sabunçu, Xəzər rayonlarını, eləcə də Sumqayıt, Şirvan, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Balakən, Tovuz, Saatlı şəhər və rayonlarında yerləşən 12 müxtəlif Gənclər evində 12 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcək.

Mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.

1 ay müddətində gənclər digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərəcəklər. Könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə edəcəklər. Proqrama qoşulmaq istəyən 18-29 arası gənclər www.akx.nayora.az ünvanına daxil olmaqla şərtlərlə tanış olub qeydiyyatdan keçə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR