Regional proqramlar Zərdabda uğurla icra edilir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlari respublikanın bütün bölgələrində olduğu kimi Zərdab rayonunda da uğurla icra edilib. İstər birinci, istər ikinci, istərsə də üçüncü dövlət porqramları çərçivəsində Zərdabda infrastruktur yaradılıb, istehsal müəssisələri açılıb, kənd təssərrüfatı əsaslı dərəcədə inkişaf etdirilib. Əhalinin kommunla problemlərinin həlli istiqamətində də Dövlət Proqramları çərçivəsində xeyli işlər görülüb. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq rayonda əhaliyə göstərilən xidmətin həcmi, məhsul istehsalı, Ümumi Daxili Məhsul və s. də artım qeydə alınıb. Bütün bunları 2014-2018-ci illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Zərdabda görülən işlər və əldə edilən nəticələrin timsalında görmək mümkündür.

Belə ki, 2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi artaraq 3590,0 min manat olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 123,0 min manat və ya 3,5 faiz artıb. Xidmətlərin 32,4 faizi hüquqi şəxslər, 67,6 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilib. Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 479,8 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz, iaşə dövriyyəsinin həcmi 433,3 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 1161,9 min manat, bunu 98,2 faizi dövlət mülkiyyəti,1,8  faizi qeyri dövlət mülkiyyəti olub.  Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1142,0 min manatı iri müəssisələrin, 19,9 min manatı isə kiçik müəssisələrin payına düşür.

Cari ilin yanvar-mart aylarında Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 132,0 min ton olub. Bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 min ton və ya 2,3 faiz artıb.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayоnu üzrə avtomobil nəqliyyatı ilə 945 min nəfər sərnişin daşınıb ki, bu göstərici də keçən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox olub.
2018-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri rayon üzrə 53,3 min manat olub. Xidmətlərin 95,5 faizi dövlət müəssisələrinin, 4,5 faizi qeyri-dövlət müəssisələrinin hesabına yaranıb. Dövlət müəssisələrinin tərəfindən yerinə yetrilən xidmətlərin 50,9 min manatı iri, qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 2,4 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.

Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonu sənayesində 1163,6 min manatlıq məhsul və xidmətlər istehsal olunub.
Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi qida məhsullarının istehsalı sahəsində 2,3 faiz, elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 62,6 faiz, təbii qazın bölüşdürülməsi və satışı sahəsində 27,0 faiz, suyun yığılması və paylanması sahəsində 2,1 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, fiziki şəxslərdə isə bu göstərici 5,8 faiz təşkil edib.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artıb. Sənayedə qeyri-dövlət sektorunun хüsusi çəkisi 8,2 faiz, dövlət sektorununхüsusi çəkisi isə 91,8  faiz оlub.
Bu müddət ərzində sənaye sahəsində çalışanların оrta sayı  376 nəfər, оrta aylıq əmək haqqı 296,6 manat  olub. Sənaye sahəsi üzrə çalışanların 31,7 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində, 66,2 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 2,1 faizi emal sənayesində çalışanlardır.

Aprelin 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 6286 nəfər olub, onlardan  4601 nəfəri və ya 73,2 faizi iqtisadiyyatın dövlət sektorunda, 1685  nəfəri və ya  26,8  faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin  34,5 faizi təhsil,  19,5 faizi ticarət,  7,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat,  2,2 faizi tikinti,  0,8 faizi nəqliyyat və anbar təsərrüfatı,  0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 10,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 8,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2018-ci ilin yanvar-mart aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 260,4 manat olub. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olub.

Qeyd edək ki, Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 aprel 2018-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  2018-ci il yanvar-mart aylarında Zərdab rayonun əhalisinin sayı 74 nəfər və ya 0,1 faiz artaraq 58314 nəfərə çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin ilk üç ayında rayonda 138, hər gün orta hesabla 1-2 körpə doğulub  ki, onların da 10,9 faizi şəhərdə, 89,1 faizi isə kənd yerlərində qeydə alınıb. Təbii artım 56 nəfər olub. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda 82 ölüm qeydə alınıb. Bundan 2 nəfəri 1 yaşa qədər ölüm olub. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınıb.  25-29 yaşda - 1,  30-34 yaşda - 2, 45-49 yaşda - 3, 50-54 yaşda - 5, 55-59 yaşda - 3, 60-64 yaşda - 3, 65-69 yaşda - 9, 70-74 yaşda - 5, 75-79 yaşda - 16, 80-84 yaşda - 16, 85 yaşdan yuxarı - 17 nəfər ölüm halları qeydə alınıb. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2,0-dan 1,4-ə qədər azalıb. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olub.
Üç ay ərzində rayon üzrə 82 nikah və 19 boşanma halı qeydə alınıb. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2018-ci ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 39 nəfər gələn olub ki, bu göstərici şəhər yerlərində 20,5 faiz,  kənd yerlərində 79,5 faiz təşkil edib. Hesabat dövründə gedənlərin sayı 21 nəfər olmuş və beləliklə rayon üzrə miqrasiya artımı 18 nəfər olub.

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 6,9 faiz üstələyərək 21312,5 min manat olub. Ticarət dövriyyəsinin 12340,0 min manatını ərzaq məhsulları, 8972,5 min manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 8,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 6,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 93,6 faizi fiziki şəxslər  tərəfindən satılıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 121,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 6,6 manat çox olub.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Zərdabda kənd təsərrüfatınn inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülüb və uğurlar əldə olunub. Hər halda ortada olan statistic göstəricilər belə deməyə əsas verir. Belə ki,  rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunub. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 aprel 2018-ci il vəziyyətinə) 54680 baş iri buynuzlu, 113542 baş xırda buynuzlu heyvan var. 01 aprel 2018-ci il tarixə ət istehsalı 10812 sentner, süd istehsalı 64497 sentner, yumurta istehsalı 2 milyon 26 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2 sentner, süd istehsalı 36 sentner, yumurta istehsalı min ədəd artıb.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilib. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 10 süni mayalama məntəqəsi yaradılıb. 01 aprel 2018 ci il tarixə 732 baş inək və düyələrdə süni mayalanma aparılıb, 355 baş sağlam bala alınıb ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub. Mal-qaranın  yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 21423 hektara çatdırılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR