Eksternat imtahanları başa çatıb

Mayın 16-da Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

"OLAYLAR"-a BŞTİ-dən bildirilib ki, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 381 nəfər iştirak edib.

Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil fənləri üzrə sualları cavablandırıblar.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcəkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR