Dünya əhalisinin 1 faizi albinosdur - "Albinizm"

Albinizm, anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır.

Albinizm haqqında maraqlı faktlarla tanış olun:

Olaylar.az bildirir ki, Albinizmə nəinki insanlar, heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə, 10000 heyvandan biri albinosdur. 

Bu növ DNT daşıyıcıları başqalarından dümağ dəriləri, olduqca parlaq saçları, solğun göz qişaları ilə fərqlənirlər. Onların dərisi gündə qaralmır, əksinə qızarır. 

Statistikaya əsasən, qaradərili xalqlarda avropalılara nisbətən 6 dəfə çox albinos doğulur. 3000 qaradəriliyə 1 albinos düşür. Bunu daha çox qohum evliliyinin çoxluğu ilə əlaqələndirirlər. 

Orta əsrlərdə albinosları qeyri-adi xarici görünüşlərindən dolayı lənətlənmiş sayır və diri-diri yandırırdılar. Afrikanın bəzi ölkələrində onlar hələ də işgəncələrə məruz qalır: bəzi vəhşi tayfalar albinosları şeytani məxluq adlandırır, Tanzaniyada isə cadukinlər albinosların bədən üzvlərinin talisman olduğunu düşünərək onları sözün əsl mənasında ovlayır və bədən üzvlərini kəsirlər. 

Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyayabu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR