“Ailəliklə kitabxana” layihəsinə start verildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 May "Beynəlxalq Ailə Günü"nə həsr olunmuş "Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu" adlı konfrans keçirilib.

Konfransda ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə "Ailəliklə kitabxanaya" layihəsinə start verilib.

Komitədən "Olaylar"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq 15 May "Beynəlxalq Ailə Gününün" qeyd olunması barədə məlumat verib. Aynur Sofiyeva ölkəmizdə ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin himayəsində olduğunu bildirib və ailənin sosial müdafiəsi, gənc ailələrə qayğı sahəsində görülən işlərdən bəhs edib. Bununla yanaşı, qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru

Oktay Səmədov layihənin əhəmiyyətindən bəhs edərək, mütaliənin insan həyatında vacibliyindən danışıb. Ailə üzvləri arasında olan ünsiyyət mövzusuna toxunan

Oktay Səmədov ailəliklə kitabların müzakirəsinin bu ünsiyyətin qurulmasındakı önəmindən bəhs edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR