Azərbaycanda fəhlələri daşıyan mikroavtobus yanaraq külə döndü – VİDEO

 

Cəlilabadda mikroavtobus yanıb.

Hadisə Əliqasımlı kəndində baş verib. Mikroavtobusda 10-a yaxın fəhlə olub.

Biləsuvar rayonuna məxsus daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 
 

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR